Çərşənbə, 18.06.2025, 01:50
Qonaq.
Dreamer
Xeber bölmeleri
Musiqi [5]
Program [7]
Xaker [3]
Exclusive [2]
Dini [1]
Maraqlı [6]
Yumor [0]
Oyun [1]
Wdizayn [2]
Parkour [1]
Mobil [2]
E-dərsliklər [1]
Mini Chat
300
Saytın Sualı
Saytınızı bəyəndim!
Cavabların cəmi: 5542
Statistika

ON cəmi: 4
Qonaq: 4
İstifadəçilər: 0
Daxil oL!
Saygac
xxxxxxxxxx

Qonaq
Sənin İP adresin
216.73.216.198
ip adresim

Ana Səhifə » Xəbərlər » Dini

İnsanı namaza çağıran maraqlı bir heykayə
24.12.2010, 11:34

"Biz bu dünyadan köçəndə imtahan olunacağıq,kimimiz cənnətə kimimiz isə cəhənnəmə gedəcəyik!"

Bu gecə hər zamankından fərqli olacağa bənzəyirdi.Göydə ulduzlar şəfəqin saçılmağını gözləyirmiş kimi,tək-tük parıldamaqdaydılar.Külək gündüz yağan qar dənəciklərini o yana-bu yana sovururdu...
O hər zamankı kimi,öz vəzifəsinə gəlib,uçuş əmri gözləyirdi.Bufetdə bir neçə fincan qəhvə içmiş və canı çox sıxılmışdı.Üşüməmək üçün paltosunun yaxalarını yuxarı qaldıraraq çölə çıxdı.Əllərini cibinə saldı və tam qarşısında duran təyyarəsini seyr etdi,sonra isə ətrafına göz gəzdirdi.İrəlidə dağılmiş təyyarə yığınını görüncə diksindi və içində qəribə birşeylərin coşduğunu hiss etdi.Çünki o,ən səmimidostunun təyyarəsiydi,bu günsəsadə bir mərasimlə dostunun cənazəsini qaldırmışdılar.Dünənki uçusdan sağ qayitmamışdı...Başını qaldırdı və yuxarılara baxdı,içinə güclü qorxular düşmüşdü,özünə olan guvənini itirməmək üçün:”Hə qorxma,ürəkli olç hər zaman uçduğun göylərdi”deyə dilinin altında danışırdı,amma,qorxurdu...O dünənə kimi ölümü həmişə uzaqdan tanıyırdı,indi isə özünə nə qədər yaxın olduğunu hiss edirdi.Daha çox dayanmadı içəridəki dostlarının yanına qayıtdı.
Saat çox irəliləmişdi,hava da çox sərtləşmişdi.O,uçuş üçün əmr almış və vəzifəyə çağırılmışdı..Təchizatını geyindi,dostlarına hər zamankı uğur işarəsini göstərdi və təyyarəsinə tərəf getdi.Havanın dəhşətli dərəcədə soyuq olmağının ona heç bir təsiri olmayacağına görə sevindi,çünki kabinə çox isti idi.Təyyarənin motorunu işə saldı və start alaraq qaranlığa tərəf uçdu...
Az sonra göy üzündəydi və tək idi.Qəribə olan bir şey,içindəki qorxunun hələ də keçməməsiydi.Rahatlamaq üçün aşaqlara baxdı,amma,o,bulud tavanı çoxdan yarıb qalxmısdı və aşağıda buludlardan başqa heç birşey görsənmirdi.Qabağındakı boşluğa təkrarən baxdı,içi yenə də urpəldi və ölümün ona nə qədər yaxın olduğunu hiss etdi.İndi canı kimi sevdiyi dünyasıdan çox uzqdaydı,aşağıya sağ enmiyə bilərdi,beyni ağrımağa başladı
Indi də dostunu xatırlamış,gözləri qaralmışdı,sanki dostunun Ruhunu gördü və axrxasınca getdi.Dostu ona:”Dostum gəl,niyə məni yalnız qoydun?” deyirdi...Birlikdə tamam başqa bir dünyaya uçmağa başladılar...Bura çox gözəldir.Əvvəllər ölən dostları da buradaydılar.Aman allahım bu da nədir?Qabaqlarında iki qrup görünürdü,bəziləri qaçaraq yam-yaşıl bir ölkəyə gedir,bəziləəriysə zorla böyük bir atəşə atılırdılar.
O,gördüklərinə inanmırdı,birdən,bir dostunun ona:”Biz bu dünyada imtahan olunuruq,burdan başqa bir diyara gedəcəyik,öz əməllərimizə görə kimimiz cənnətə kimimiz də cəhənnəmə gedəcəyik”dediyini xatırladı.O,öz-özünə danışırdı:Bəlkə mən ölmüşəm? Yox,yox ola bilməz,güclə gözlərini açdı.Təyyarənin aşağıdakı təpəyə tərəf gedib ona dəyəcəyini gördü və tez sukandan yapışıb teyareni yuxarı qaldırdı...
Gördüyü yuxumuydu bilmirdi,amma,az qalsın həyatına mail olacaqdı.İndi yerə enməliydi.O,cəhənnəm qapısından atılanlardan olmadığı üçün çox sevinməliydi.Allaha min şükür etməli və yeni bir həyata başlamalıydı.O,qüllə ilə əlaqəyə girərək öz kordinatlarını öyrəndi, təyyarəsinin üzünü qulləyə tərəf çevirib sürətini artırdı,enmə icazəsi aldı və yerə qondu.Uçuşu sanki bir yuxu idi,amma elə bil o,bugünə kimi gördüyü yuxulardan oyanmış olmuşdu.Rütbəcə ondan böyük dostları onun ətrafına yığışdılar və nə baş verdiyini,niyə gec gəldiyini soruşdular;o isə susur və hələ də uçuşu barədə düşünürdü....!
"Nə əkərsən,onu da biçərsən!”
Üfüqə doğmağa başlayan günəş,qaranlıq gecəni və qaranlıq həyatı silmisdi.Budur azanin səsi onu ilk addımı atmağa səsləyirdi!!!
BU HEYKAYƏNİ BƏYƏNDİNİZSƏ SƏS VERİN.


ŞƏRHLƏRİNİZİ GÖZLƏYƏCƏM:
Müəllif: DreameR
Baxılıb:516 | Yüklənib:0

Şərhlərin cəmi: 0
Saytımızda Qeydiyyatda olmayan İstifadəçi şərh yaza bilməz.Zəhmət deyilsə
[ Qeydiyyat oL! | Daxil oL! ]
Axtar
Reklamlar

Admine De!